Xəzər Xəbər

Ucarda ana və körpəsi niyə öldü? Təfərrüat

Hadisə | 11:48 • 27 Fevral 2019
Ucarda ana və körpəsi niyə öldü?

"Qohum-əqraba hamısı yığılıb, ona qan verdi..."

Ucarda doğuş zamanı ana və körpəsinin ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Rayonun Lək kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Aynur Abbasovanın ölümünə səbəb, qanının zəhərlənməsi olub:

"Aynurun ilk hamiləliyi olub. Ailə qurandan 3 il keçsə də övladı yox idi. 14 gün bundan əvvəl müayinə olunmaq üçün Bakıya gedib. Müayinə zamanı həkimlər ona bətnindəki körpəsinin öldüyünü və qanının zəhərləndiyini deyiblər. Aynur fevral ayının 13-də əməliyyat olunub, körpə bətnindən çıxarılıb. 10 gün xəstəxanada qalıb. Qohum-əqraba hamısı yığılıb, ona qan verdi. Amma təəssüf ki, bunun faydası olmadı. Qanını təmizləyə bilmədilər”.

Qeyd edək ki, Ucar rayonunda ana və körpə ölümü baş verib. Rayonun Lək kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Abbasova Bakıdakı xəstəxanaların birində qeysəriyyə əməliyyatı zamanı körpənin ana bətnində öldüyü məlum olub. Əməliyyatdan bir neçə gün sonra A.Abbasova xəstəxanada dünyasını dəyişib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
297 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024