Xəzər Xəbər

Bakıda itkin düşən beş yaşlı uşaq tapılıb

Hadisə | 11:38 • 27 Fevral 2019
Bakıda itkin düşən beş yaşlı uşaq tapılıb

Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, qadın sakinin müraciəti ilə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.


Uşaq həmin gün saat 13 radələrində DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Xəbər lenti