Xəzər Xəbər

Gənc oğlanın ürəyindən diş çöpü çıxarıldı

Hadisə | 16:11 • 6 Fevral 2019
Gənc oğlanın ürəyindən diş çöpü çıxarıldı

Həkimlər müəyyən edib ki, gənc oğlan 4 il ürəyində diş çöpü yaşayıb

Çində ən çətin əməliyyatlardan biri həyata keçirilib. Həkimlər 4 il ürəyində diş çöpü gəzdirən gənc oğlanı xilas ediblər.

Ağrı ilə xəstəxanaya müraciət edilən gənc müayinə edilən zaman onun ağ ciyərində kölgələr görünüb. Xəstəyə ürək yaxınlığında iltihab diaqnozu qoyulub. Xəstə əməliyyata edilən zaman isə iltihabın səbəbi məlum olub. Həkimlər onun ürək kameralarından birində olan 6 santimetrlik diş çöpünü çıxardıblar.

Pasientin sözlərinə görə, o, içində alkoqol olan qədəhini səhv salmamaq üçün həmişə içinə diş çöpü qoyurmuş. Bir gün təsadüf nəticəsində diş çöpünü udub. Çox güman ki, diş çöpü onun nəfəs borusuna, oradan isə ağ ciyərinə düşüb, ardınca isə ağ ciyəri deşərək, ürəyə keçib.

Gənc hələ 4 il əvvəl vəziyyətinin dəyişdiyini hiss edib. Amma həkimlər uzun müddət xəstəliyin səbəbini tapa bilmirlərmiş, hətta xərçəng xəstəliyindən şübhələnirlərmiş.

O, iki il ərzində müalicəsinə təxminən 50 min manat 2milyon rubl (52 min manat) xərcləyib./sputnik.az

Xəbər lenti