Xəzər Xəbər

Bakıda qonaq ev sahibini bıçaqladı, arvadını boğub öldürdü – DƏHŞƏTLİ QƏTL

Hadisə | 15:53 • 6 Fevral 2019
Bakıda qonaq ev sahibini bıçaqladı, arvadını boğub öldürdü

Bakıda ər-arvadı öldürən şəxs polisə təslim olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, fevralın 5-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan İ.Məmmədovun evinə gəlmiş Beyləqan rayon sakini V.Behbudov münaqişə zəminində ev sahibini bıçaqla, onun arvadı Sevinci isə boğaraq qətlə yetirib.


O, könüllü olaraq Nərimanov RPİ 18-ci PŞ-yə gələrək istintaqa təslim olub.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar