Xəzər Xəbər

Avtobusun vurduğu kişi 5 gün sonra öldü

Hadisə | 10:53 • 26 Yanvar 2019
Avtobusun vurduğu kişi 5 gün sonra öldü
Yanvarın 20-də saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi "Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.


DİN Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilən R.Əliyev yanvarın 25-də orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.

Xəbər lenti