Xəzər Xəbər

Bakıda evakuator avtobusla toqquşub - 2 nəfər xəsarət alıb

Hadisə | 09:11 • 7 Yanvar 2019
Bakıda evakuator avtobusla toqquşub - 2 nəfər xəsarət alıb
Dünən saat 17:00 radələrində Binəqədi-Balaxanı yolunda nəqliyyat hadisəsi baş verib.

"Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub.


Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.

İlkin məlumata görə, hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq./azvision.az

Xəbər lenti