Xəzər Xəbər

Quşçuluq fermasında bədbəxt hadisə Şifer qırıldı, qoca kişi öldü

Hadisə | 17:12 • 24 Oktyabr 2018
Quşçuluq fermasında bədbəxt hadisə

Göygöl rayonunda 79 yaşlı kişi hündürlükdən yıxılıb ölüb.


XəzərXəbər-in Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Molla Cəlilli kəndi ərazisində baş verib.


Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olan, Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşmış, 1939-cu il təvəllüdlü Bayramov Xanlar Bəylər oğlu Molla Cəlilli kəndindəki quşçuluq fermasında nərdivanda elektrik işləri görərkən nərdivanın söykəndiyi şifer qırılıb.


Nəticədə nərdivanın yuxarı hissəsindən yıxılan X.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti