Xəzər Xəbər

"Eşqi başına vuran" gənc Bakıda nələr etdi

Hadisə | 16:04 • 9 Oktyabr 2018
"Eşqi başına vuran" gənc Bakıda nələr etdi

Qadın risk etmək istəməyib və gənc adamın onun ucbatından özünü öldürməsinə də vicdanı yol verməyib

Bakının gənc sakini sevdiyi qadın onun istəyinə qarşılıq verməyəcəyi təqdirdə, özünü öldürəcəyini bəyan edib.

Bakının Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə qeyri-adi şikayət ərizəsi daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov RPİ-dən məlumat verilib.

Məlum olub ki, eşqi başına vurmuş bir gənc 46 yaşlı paytaxt sakinini (onun adı etik məsələlərə görə çəkilmir— red.) daim təqib və təhdid edir. 28 yaşlı E.A. qadına deyib ki, əgər onunla görüşməsə və sevgisinə qarşılıq verməsə, özünü öldürəcək. Qadın risk etmək istəməyib və gənc adamın onun ucbatından özünü öldürməsinə də vicdanı yol verməyib. Ona görə də, qadın polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, E.A. hələlik sağdır.

Polis həmin gənci taparaq ona xəbərdarlıq edib ki, əgər bundan sonra bir daha sözügedən qadını narahat etsə, ona qarşı müvafiq ölçü götürüləcək. Hələ ki, polisin xəbərdarlığı nəticə verib.

Rubrikanın digər xəbərləri

ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
228 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024

Xəbər lenti