Xəzər Xəbər

Sərhədçilər İrandan Azərbaycana narkotik daşıyanları yaxaladı - FOTO

Hadisə | 15:31 • 9 Oktyabr 2018
Sərhədçilər İrandan Azərbaycana narkotik daşıyanları yaxaladı -

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunub.


DSX-nin mətbuat mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, həmin tarixdə saat 00:56 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş qoşun və əməliyyat-axtarış təd­bir­ləri nə­ti­cəsində İrandan Azərbaycana dövlət sərhədini pozaraq keçmiş İran vətəndaşı 1983-cü il təvəllüdlü Şahbazi Əkbər Dilavər sərhəd pozucusu qismində saxlanılıb.


Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 200 qram heroin, 710 qram tiryək, 200 ədəd "tereqabalin” psixotrop maddəsi və 15 qutu "metrotan” həbləri aşkar olunub. Keçirilmiş əməliyyat-ax­tarış tədbirləri nəticəsində narkotik vasitəni qəbul etmək üçün həmin əraziyə gəlmiş Azər­baycan vətəndaşları Astara rayon sakinləri 1972-ci il təvəllüdlü Əkbərov Rövşən Firuddin oğlu, 1982-ci il təvəllüdlü Vəli­ye­va Xəyalə Yaqut qızı, həmçinin narkotik vasitənin sifarişçisi Lənkəran rayon sakini 1986-cı il təvəllüdlü Məm­mədov Pərviz Əsəd oğlu saxlanılaraq istintaqa cəlb edilib.


Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
299 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024