Xəzər Xəbər

Dəhşətli qətl: xalası qızının boğazını kəsdi

Hadisə | 10:12 • 24 İyun 2018
Dəhşətli qətl:
Hacıqabulda dəhşətli qətl hadisəsi törədilib.


Hadisə gecə saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınınb. Hacıqabul sakini, 1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu xalası qızı - Hacıqabul sakini 1994-cü il təvəllüdlü Məlikli Rəvanə Məlikağa qızının boğazının kəsərək qətlə yetirib.


Məlumata görə, R.Məlikli Muğan qəsəbəsində nənəsi ilə yaşayıb. Evə daxil olan A.İsmayılzadə xalası qızının boğazının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb.

A.İsmayılzadə daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub.

Hadisənin qısqanclıq üstündə törədildiyi ehtimal olunur. Hazırda qətlə yetirilən qadının meyiti müayinə olunmaq üçün Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə gətirilib.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
305 | 10:06 • 27 Aprel 2024
Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024