Xəzər Xəbər

Yardımlıda 27 yaşlı oğlan baltalanıb

Hadisə | 16:44 • 23 İyun 2018
Yardımlıda 27 yaşlı oğlan baltalanıb

Yardımlıda qonşular arasında düşən mübahisə zamanı bir nəfər balta ilə ağır xəsarət alıb.

 

Rayonun Urakəran kəndində baş verən hadisə zamanı kənd sakini, 1991-ci il təvəllüdlü Tural Məzahir oğlu Təhməzov baş, təpə və gicgah nahiyəsinin çapılmış yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin hasar üstündə düşən mübahisədən sonra törədildiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar