Xəzər Xəbər

51 yaşlı kişi dənizdə batdı

Hadisə | 10:28 • 16 İyun 2018
51 yaşlı kişi dənizdə batdı
Sumqayıtda dənizdə batan şəxs axtarılır.


XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlunun Sumqayıt şəhərində dənizdə batması barədə məlumat daxil olub.



FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti