Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Qaxaz rayon sakini Güləna Ağamalıyeva evə buraxılıb Bu barədə XəzərXəbər-ə Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov deyib. Onun sözlərinə görə, xəstənin vəziyyəti yaxşıdır.
"Dünən yaralı qadın daxil olan kimi ona ilkin yardım göstərilib. Vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb".
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Qazax
rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva
Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə
xəstəxanaya çatdırılıb. Dinc sakin təmas xəttinə yaxın ərazidə quzu
otararkən ermənilərin atəşinə məruz qalıb.