Xəzər Xəbər

Anasını silahla hədələyən oğul tutuldu

Hadisə | 17:03 • 12 Mart 2018
Anasını silahla hədələyən oğul tutuldu

Bakı şəhər sakini Polad Zöhrabovdan tapança və 5 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN) xezerxeber.az-a verilən məlumata görə, martın 11-də Bakı şəhər sakini Svetlana Zöhrabova Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.

Müraciətdə qadın qeyd edib ki, martın 10-da əri, əvvəllər məhkum olunmuş Poladın anası Zümrüd Paşayevanın yaşadığı evə gedərək tapança ilə onu hədələyib.

34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Zöhrabov saxlanılıb, ondan tapança və 5 ədəd patron götürülüb.

Xəbər lenti