Xəzər Xəbər

Şamaxıda 4, Şabranda 8 otaqlı ev yandı

Hadisə | 11:05 • 11 Mart 2018
Şamaxıda 4, Şabranda 8 otaqlı ev yandı
Şamaxı və Şabranda yanğın baş verib.


XəzərXəbər-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Meysəri kəndində ümumi sahəsi 117 m2 olan birmərtəbəli, 4 otaqlı evin 1 otağının tavanı 18 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Şabran rayonunda ümumi sahəsi 270 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

Xəbər lenti