Xəzər Xəbər

Xırdalanda maşın səkiyə çırpılıb Sürücü ölüb

Hadisə | 11:08 • 3 Dekabr 2017
Xırdalanda maşın səkiyə çırpılıb

Xırdalan şəhərində ölümlə nəticələnən qəza olub.

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində "VAZ” markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti