Xəzər Xəbər

Hacıqabulda dəmir yolu vaqonu yandı

Hadisə | 12:58 • 26 Noyabr 2017
Hacıqabulda dəmir yolu vaqonu yandı
Bu gün Hacıqabul rayonu, Talış kəndində ümumi sahəsi 24 m2 olan dəmir yolu vaqonunun taxta üzlüyü və içərisində olan əşyalar yanıb.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti