Xəzər Xəbər

Bakıda ev yanır

Hadisə | 10:05 • 23 Avqust 2017
Bakıda ev yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi işləri davam etdirilir.

Xəbər lenti