Xəzər Xəbər

Bakıda bərbər müştərisi tərəfindən döyülüb

Hadisə | 10:15 • 28 İyul 2017
Bakıda bərbər müştərisi tərəfindən döyülüb

Bakıda bərbər müştərisi tərəfindən döyülüb.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində bərbər kimi fəaliyyət göstərən 1989-cu il təvəllüdlü Vəliyev Vüsal Asif oğlu müştərisi ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə yekunlaşıb. Nəticədə V.Vəliyev döyülərək müxtəlif bədən xəsarətləri alıb. O 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (Report)

Xəbər lenti