Xəzər Xəbər

Bakıda piyadanı maşın vurub

Hadisə | 11:59 • 22 Aprel 2017
Bakıda piyadanı maşın vurub

Bakıda yoldan keçən vətəndaşı avtomobil vurub.

Xezerxeber.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 21-də saat 22:00 radələrində paytaxtın Xətai rayonu ərazisində Bakı şəhər sakini Orxan Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Qədimlini vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti