Xəzər Xəbər

Paşinyan: Regional kommunikasiyaların açılması məsələsində irəliləyiş əldə olunub

Gündəm | 17:39 • 7 İyun 2023
Paşinyan: Regional kommunikasiyaların açılması məsələsində irəliləyiş əldə olunub

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyişdən danışıb.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Nəqliyyat kommunikasiyalarının açılması üzrə İşçi Qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən bundan çox məmnunam”,- deyə Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı ölkəsinin regionda nəqliyyat kommunikasiyalarının açılması üçün hazır olduğunu qeyd edib:

“Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Bu, bizim son iki il ərzində işləyib hazırladığımız kompromis həllərdir”, - deyə erməni Baş nazir bildirib.

Xəbər lenti