Xəzər Xəbər

Vilayət Eyvazovdan yeni təyinatlar

Gündəm | 12:33 • 23 Avqust 2021
Vilayət Eyvazovdan yeni təyinatlar

Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Rahid Əsgərov vəzifəsindən azad olunaraq Lerik Rayon Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

XəzərXəbər xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə, Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə polis mayoru İltifat Yusifov təyinat alıb./unikal.org

Xəbər lenti