Xəzər Xəbər

Ceyhun Bayramov: Nasistlərin qəhrəmanlaşdırılması qəbuledilməzdir

Gündəm | 14:17 • 11 May 2021
Ceyhun Bayramov: Nasistlərin qəhrəmanlaşdırılması qəbuledilməzdir

“Nasistlərin qəhrəmanlaşdırılması qəbuledilməzdir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Ermənistan BMT-nin qətnamələrinə əməl etmir: “Bu ölkədə Qaregin Nijde qəhrəmanlaşdırılır. Bu, ksenofobiyanın, radikal millətçiliyin təzahür formasıdır. Ermənistanda beynəlxalq terrorçuların qəhrəmanlaşdırılması təcrübəsi var. Biz hesab edirik ki, ksenofobiyanın müxtəlif təzahür formaları Ermənistanda mövcuddur. Bu ilin fevral aynda Ermənistanda Holokost abidəsi təhqir olunub, eyni zamanda, Mahatma Qandinin abidəsinə qarşı da vandalizm aktı törədilib. Bütün bunlar erməni cəmiyyətində bu problemlərin nə qədər dərin olduğunu göstərir. Onlar bu barədə daha çox fikirləşməlidir ki, bunun sonu necə olacaq”./apa

 

Xəbər lenti