Xəzər Xəbər

Vilayət Eyvazov yeni rəis təyin etdi

Gündəm | 16:34 • 24 Aprel 2021
Vilayət Eyvazov yeni rəis təyin etdi

Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsinin rəisi vəzifəsinə təyinat olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Şahin Abdulov Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Ş.Abdulov bundan öncə Salyan Rayon Polis Şöbəsində müstəntiq işləyib./report

 

Xəbər lenti