Xəzər Xəbər

General-mayor korpus komandiri təyin edildi

Gündəm | 14:07 • 21 Mart 2021
General-mayor korpus komandiri təyin edildi

Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunda (Şəmkir korpusu) yeni kadr təyinatı olub.

XəzərXəbər unikal.org-a istinadən xəbər verir ki, general-mayor Mübariz Balağa oğlu Rzayev Şəmkir korpusuna komandir təyin edilib.

O, bu təyinatadək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsində çalışıb.

M.Rzayev "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər lenti