Xəzər Xəbər

Çavuşoğlu: Gürcüstanı “3+3” platformasında iştiraka razı salmağa çalışırıq

Gündəm | 17:02 • 23 Fevral 2021
Çavuşoğlu: Gürcüstanı “3+3” platformasında iştiraka razı salmağa çalışırıq

““3+3” platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışırıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib.

“Ümid edirik ki, Gürcüstan “3+3” platformasında iştirak edəcək. Bundan hər kəs qazanacaq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Türkiyəli nazir Gürcüstanda hökumət dəyişikliyinin baş verdiyini və Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün təxirə salındığını da xatırladıb.

Xəbər lenti