Bakı 2 ℃
Xəzər Xəbər
USD 1.7

Dövlət Miqrasiya Xidmətinə müraciətlərin sayı kəskin artıb

Gündəm | 352 | 11:37 • 14 Yanvar 2021
Dövlət Miqrasiya Xidmətinə müraciətlərin sayı kəskin artıb

2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin (DMX) elektron xidmətlərinə 12 min 599 nəfər müraciət edib. Ötən il Dövlət Miqrasiya Xidmətinə ölkəmizdə müvəqqəti olma müddətinin uzadılması, iş və yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında 8,5 dəfə artım müşahidə edilib. Belə ki, 2019-cu ildə müraciətlərin sayı 1475, 2020-ci ildə isə 12 min 599 nəfər olub.


Xezerxeber.az xəbər verir ki, bu rəqəmləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yanvarın 14-də 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında səsləndirib.


Xidmət rəisi, həmçinin bildirib ki, "ASAN Xidmət” İndeksinə əsasən Dövlət Miqrasiya Xidməti ötən il mərkəzi icra orqanları arasında ən yüksək nəticəni göstərib. Bu rəqəm 85,54 faiz təşkil edib.

Çox oxunanlar