Xəzər Xəbər

Xidmət rəisi: "Ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub"

Gündəm | 11:28 • 14 Yanvar 2021
Xidmət rəisi: "Ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub"

Ötən il qaçqın statusunun alınması ilə bağlı müraciətlərdə 87 faiz azalma olub. 2019-cu ildə 404, 2020-ci ildə 52 belə müraciət olub.


Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, qaçqın statusu əsasında yaşayanların sayında da 6 faiz azalma olub: "Bu şəxslərdən 42-si İran, 27-si Əfqanıstan, 5-i Liviya, 2-si Pakistan, 2-si Cənubi Afrikadan olub”.

Xəbər lenti