Xəzər Xəbər

Karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik

Gündəm | 11:27 • 22 May 2020
Karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik

Azərbaycanda koronavirusa yoluxma və sağalma dinamikası bu şəkildə davam etsə, iyun ayında karantin rejimi ləğv edilə bilərmi?

XəzərXəbər xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, karantin rejiminin ləğvi barədə danışmaq tezdir:

"Sadəcə,yumşaldılması və uzadılması mümkündür. Çünki bu hal dünyəvidir. Biz karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik.

Ümumiyyətlə, sərhədlərin açılması bizim maraqlarımıza uyğun deyil. Çünki bu virusa tutulan insan ölkəmizə gələrək yenidən koronavirusun Azərbaycanda alovlanmasına səbəb ola bilər. Bu baxımdan da biz daxildə karantin rejimini yumşalda və ya sərtləşdirə bilərik.

Karantin rejiminin ləğvi qeyri-sağlam addımdır. Biz bunu qorumalıyıq. Əgər bu gün yollar bağlıdırsa, bu, insanlarımızın sağlamlığının xeyrinədir. Amma müəyyən məsələlərdə yumşalma barədə düşünmək olar".

Xəbər lenti