Xəzər Xəbər

Rusiyalı ekspert: Yeni tərkibli parlament islahatlar kursunu daha da sürətləndirməyə qadir olmalıdır

Gündəm | 13:33 • 17 Yanvar 2020
Rusiyalı ekspert:

Azərbaycanda parlamentin buraxılması son 2 ildə ölkədə aparılan islahatların dinamikası ilə bağlıdır.

XəzərXəbər xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında rusiyalı politoloq, "Şimal-Cənub” siyasi mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev deyib.

Politoloq bildirib ki, Azərbaycanda dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlar səmərəliliyi artırmaq məqsədinə xidmət edir. "Qanunverici orqanın buraxılması da bu prosesə dəstək məqsədi daşıyır”, - deyən Aleksandr Karavayev qeyd edib ki, yeni tərkibli parlament islahatlar kursunu daha da sürətləndirməyə qadir olmalıdır.

Xəbər lenti