Xəzər Xəbər

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb

Gündəm | 13:53 • 9 İyun 2019
Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb.


Xezerxeber.az xəbər verir ki, Bakı vaxtı ilə saat 07:00-da fəaliyyətə başlayan 262 saylı seçki məntəqəsində ölkəmizdə yaşayan, həmçinin müxtəlif səbəblərə görə müvəqqəti Azərbaycanda olan Qazaxıstan vətəndaşları səs verirlər. Səhər saatlarında səsvermədə səfir Beybit İsabayev, Qazaxıstanın diplomatik korpusunun üzvləri, sıravi vətəndaşlar iştirak ediblər. Səsvermənin gedişatını müşahidəçilər və KİV nümayəndələri izləyir.


Seçki komissiyasının sədri Daran Kuşerbayev qeyd edib ki, səsvermədə iştirak üçün Qazaxıstan vətəndaşları bütün mümkün kanallar, həmçinin Bakıya uçuşlar həyata keçirən aviaşirkətlər vasitəsilə məlumatlandırılıblar.


Məntəqə saat 20:00-dək açıq olacaq.


Saat 12:00 olan məlumata görə, seçicilərin 50 faizi səsvermədə iştirak edib.

Xəbər lenti