Xəzər Xəbər

Hərbi qulluqçumuz şəhid olub

Gündəm | 18:41 • 9 İyun 2019
Hərbi qulluqçumuz şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.


Xezerxeber.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 


Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! 

Xəbər lenti

Çox oxunanlar