Müəllimlərin yerdəyişməsi ilə bağlı qəbul başa çatıb, 5857 nəfər ərizəsini təsdiq edib.
XəzərXəbər xəbər verir ki, bu barədə Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu
nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə məlumat
verib. O bildirib ki, yerdəyişmə ilə bağlı 5628 vakansiya elan edilib.
Onun sözlərinə görə, 511 vakansiya Bakının
payına düşür: "5857 nəfər iş yerinin dəyişdirilməsi üçün elektron
ərizəsini təsdiq edib və onların ərizələrinə baxılır. Ölkənin bütün
rayon və şəhər məktəblərində çalışan müəllimlər yerdəyişmə ilə bağlı
müraciət edib".
Müəllimlərin yerdəyişməsinin səbəblərinin müxtəlif olduğunu vurğulayan M.Camalzadə qeyd edib ki, Təhsil Nazirliyi
tərəfindən yerdəyişmə ilə bağlı hər hansı limit tətbiq edilməyib:
"Müraciətlər arasında daha çox ibtidai sinif, fiziki tərbiyə, ingilis
dili və riyaziyyat müəllimləri yer alıb. İyunun 14-nə kimi isə
yerləşdirilmə prosesinin başa çatdırılması planlaşdırılır".