Xəzər Xəbər

Sahil Babayevin 8 müşaviri olacaq Yeni qərar

Gündəm | 10:52 • 11 May 2018
Sahil Babayevin 8 müşaviri olacaq

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirləri postları yaradılıb.

XəzərXəbər bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "report"a verilən məlumata görə, bununla bağlı yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Belə ki, nazirin 8 müşaviri olacaq. Artıq bu yerlərin əksəriyyətinə təyinatlar olub. Məlumata görə, nazirin müşaviri vəzifəsinə təyin edilən şəxslər əvvəllər İqtisadiyyat Nazirliyində işləyiblər. Beləliklə, yeni nazirin 4 müavini ilə yanaşı, 8 müaşviri olacaq.

Qeyd edək ki, əvvəllər əmək və əhalinin sosial müdafiəsi nazirinin cəmi bir müşaviri olub.

Xəbər lenti