Xəzər Xəbər

2018-ci ilin büdcə layihəsi parlamentə təqdim edildi

Gündəm | 11:52 • 19 Oktyabr 2017
2018-ci ilin büdcə layihəsi parlamentə təqdim edildi

2018-cilin dövlət büdcəsinə dair qanun layihəsi artıq parlamentə daxil olub.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, büdcə zərfi yaxın günlərdə millət vəkillərinə, o cümlədən, komitə üzlərinə paylanılacaq.

"Komitəmizin bütün üzvlərini büdcə ilə bağlı təşkil olunacaq müzakirələrdə fəal olmağa səsləyirəm. Çox güman ki, bu ayın sonu, gələn ayın ilk günlərində digər komitələrlə birgə kbüdcə müzakirələrinə başlayacağıq".

Xəbər lenti