Xəzər Xəbər

"Əlincə" klubu Hacı İbrahim Nehrəmlinin deyil"

Gündəm | 12:37 • 16 Yanvar 2013
"Əlincə" klubu Hacı İbrahim Nehrəmlinin deyil"

“Əlincə” futbol klubu "Khazar İsland"ın prezidenti Hacı İbrahim Nehrəmlinin deyil”.Bu sözləri Masazır qəsəbəsində yerləşən “Qurtuluş” yaşayış massivini ərsəyə gətirən “Baxçalı evlər MTK” nın nümayəndəsi deyib. O bildirib ki, dünən bir sıra mətbuat orqanlarında Hacı İbrahim Nehrəmlinin futbol sektoruna daxil olmaq istəyi barədə yayılan xəbərlər doğru deyil: “Əlincə” futbol klubu artıq 2010-cu ildə yaradılıb və iş adamı olan Hacı Məhərrəm Novruzova məxsusdur. Bu klubun Hacı İbrahim Nehrəmli ilə bağlılığı yoxdur. Klub yeniyetmələrin “U-15” liqasında çıxış edir və uğurlu nəticələr də qazanır”.
  “Baxçalı evlər MTK”nın nümayəndəsi həmçinin bildirib ki, “Qurtuluş” yaşayış massivi də İbrahim Nehrəmliyə aid deyil./qafqazinfo.az

Xəbər lenti

Çox oxunanlar