Xəzər Xəbər

Rusiyada miqrantlarla bağlı qanunvericilik sərtləşdirilir

Dünya | 10:45 • 27 Mart 2024
Rusiyada miqrantlarla bağlı qanunvericilik sərtləşdirilir

Rusiyadakı terror hadisəsindən sonra hakimiyyət miqrantların ölkədə qalma şərtlərini sərtləşdirmək niyyətindədir. Rusiyada miqrantların əmək müqaviləsinin müddəti iki ilə qədər məhdudlaşdırıla bilər.

Xezerxeber.az xəbər verir ki, bu təkliflə Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxış edib.

“Təcrübə göstərir ki, bu müddət mütəxəssisin həyata keçirdiyi layihələri başa çatdırması üçün kifayət edir”, - nazirliyin yaydığı məlumatda qeyd olunur.

Qeyd olunur ki, Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Federal Qanununa dəyişikliklər edilməsi haqqında” qanun layihəsi artıq Rusiya Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsi tərəfindən təsdiqlənib.

Qanun layihəsində əsasən, miqrantlardan işlədikləri layihələri başa vurduqdan müəyyən müddət sonra ölkəni tərk etmələri tələb olunacaq.

Hazırkı qaydalara görə, Rusiyada miqrantlarla əmək müqavilələri müddətsiz bağlana bilər.

Tənzimləmə üçün müqavilə şərtlərinin iki il çərçivəsində məhdudlaşdırılması planlaşdırılır.

"Kommersant"ın yazdığına görə, qanun layihəsi artıq hazırdır. Prioritet iki il müddətində işçilərin məqsədyönlü şəkildə işə qəbulu olacaq. Sonra işəgötürən bu mexanizmdən yenidən istifadə edə biləcək, məqsədli işə qəbul isə xüsusi şirkət tərəfindən aparılacaq.

Qanun layihəsində deyilir ki, miqrantlar öz profillərinə uyğun işləməsələr, ölkəni tərk etməyə məcbur ola bilərlər. İdeya artıq Dövlət Dumasında dəstəklənib. Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 2023-cü ildə 75% artaraq 22 minə yaxın olub.

Biznes dairələrində hesab edirlər ki, bu cür standartlar yalnız zərər verəcək: “Rusiya Federasiyasında sənaye və mülki tikinti siyasəti kifayət qədər böyük miqrant axınını cəlb edir. Terror aktları ilə bağlı bu siyasəti mürəkkəbləşdirmək tamamilə məntiqli addımdır, lakin elə olmalıdır ki, axına mane olmasın, əksinə onu artırsın. Bizə kifayət qədər çox insan lazımdır, onların çatışmazlığı daim hiss edilir. Terror aktları şəklində mövcud neqativ hallara düzgün cavab vermək üçün bu axını dayandırmaq yox, onu düzgün idarə etmək lazımdır".

Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti təxminən 20 ildir ki, miqrantların məqsədyönlü işə cəlb edilməsi ilə məşğul olmağa çalışır və hamısı uğursuz alınıb. Problemin həlli hərtərəfli olmalı, iqtisadi, siyasi və mədəni aspektlər birlikdə nəzərə alınmalıdır.

Qeyd edək ki, Rusiyada təxminən 3 milyona yaxın azərbaycanlının yaşadığı deyilir. Sözügedən qanun layihəsi bu ölkədəki azərbaycanlıların da fəaliyyətinə təsir edə bilər. 

Xəbər lenti