Xəzər Xəbər

"Cənubi Osetiya" Rusiyaya birləşir? - Referendumun tarixi açıqlandı

Dünya | 10:33 • 17 May 2022
"Cənubi Osetiya" Rusiyaya birləşir? - Referendumun tarixi açıqlandı
Cənubi Osetiya Rusiyaya qoşulmaq üçün referenduma gedir.
 
Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən Cənubi Osetiyanın Rusiyaya birləşmək üçün iyulun 17-də referendum keçirəcəyi açıqlanıb.
 
Cənubi Osetiya Rəyasət Heyətinin bəyanatına görə, qondarma prezident Anatoli Bibilov iyulun 17-də Cənubi Osetiyanın Rusiyaya qoşulması ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb.
 
Mayın 9-da Cənubi Osetiyada qondarma prezident seçkilərinin ikinci turu keçirilib və hakim Anatoli Bibilovun və müxalifətdə olan "Nixas” partiyasının lideri Alan Qaqloyevin iştirak etdiyi seçkilərdə Qaqloyev seçilib. Qaqloyev bu vəzifənin icrasına mayın 21-dən başlayacaq.
 
Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya müharibəsi kimi tanınan münaqişələr 2008-ci ildə başlayıb və müharibədən sonra Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya regionları birtərəfli qaydada Gürcüstandan müstəqilliklərini elan ediblər. Rusiya bu iki regionun qondarma müstəqilliyini 2008-ci ildə tanıyıb. Gürcüstan isə Rusiya ilə diplomatik əlaqələrini kəsib./azxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti