Xəzər Xəbər

Rus qoşunları Severodonetsk istiqamətində geri çəkildi

Dünya | 10:18 • 17 May 2022
Rus qoşunları Severodonetsk istiqamətində geri çəkildi
Ukrayna Silahlı Qüvvələri Severodonetsk istiqamətində Sirotino kəndi yaxınlığında rus qoşunlarını sıxışdıraraq çıxarıb. Döyüş əməliyyatları nəticəsində rus qoşunları itki verərək geri çəkilib.
 
XəzərXəbər BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında bildirilib.
 
Eyni zamanda, Rusiya ordusunun Şərq Əməliyyat Bölgəsində hücumu davam edir.
 
Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələrinin əsas səyləri Donetsk istiqamətində cəmləşib. Donetsk istiqamətində düşmən minaatanlardan, artilleriyadan atəşə tutmaqda davam edir.

Xəbər lenti