Xəzər Xəbər

Türkiyə Ordusu 21 terrorçunu zərərsizləşdirib

Dünya | 09:18 • 13 May 2022
Türkiyə Ordusu 21 terrorçunu zərərsizləşdirib

PKK/YPG terrorçuları tərəfindən Suriyanın Ayn-El Ərəb bölgəsindən Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb. Nəticədə yaralanan Türkiyə hərbçilərindən biri xəstəxanada vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Türkiyə Ordusunun hücuma qarşı gördüyü cavab tədbirləri nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 21-ə yüksəlib.

Xəbər lenti