Xəzər Xəbər

Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın oxşarı barədə şayiələri təkzib edib

Dünya | 16:46 • 28 Oktyabr 2021
Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın oxşarı barədə şayiələri təkzib edib

Şimali Koreya lideri Kim Çen In 20 kiloqram arıqlayıb, lakin onun səhhətində problemlər olduğuna dair əlamətlər müşahidə edilmir.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikasının kəşfiyyat orqanları süni intellekt və digər elmi metodlarla Kim Çen Inın görüntülərini analiz edərək bu nəticəyə gəlib.

Cənubi Koreyanın kəşfiyyat idarəsi parlamentin qapalı iclasında Kim Çen Inın əvəzinə onun oxşarının ictimaiyyət qarşısına çıxdığı barədə şayiələri də təkzib edib.

Bir müddət öncə, ABŞ KİV-ində Kim Çen Inın bacısı tərəfindən hakimiyyətdən uzaqlaşdırıldığı və onu oxşarının əvəzlədiyi barədə məlumatlar dərc olunmuşdu.

Şimali Koreya lideri Kim Çen In 2011-ci ilin dekabrında atası Kim Çen İrin ölümündən sonra hakimiyyətə gəlib. Onun babası, KXDR dövlətinin qurucusu Kim İr Sen isə 1994-cü ildə vəfat edib. Şimali Koreyada hakimiyyət atadan oğula miras kimi ötürülür. Kim Çen Inın mümkün varisinin olub-olmadığı isə hələlik məlum deyil.

Xəbər lenti