Xəzər Xəbər

ÜST koronavirusla bağlı önəmli məlumat yaydı

Dünyada koronavirusa yoluxma və ölüm sayı yenidən artıb
Dünya | 09:13 • 29 Oktyabr 2021
ÜST koronavirusla bağlı önəmli məlumat yaydı

Dünyada COVID-19 virusuna yoluxma halları və virusdan ölənlərin sayı son iki ay ərzində ilk dəfədir ki, artmağa başlayıb.

XəzərXəbər xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

Bunu Avropada qeydə alınan artımın başqa regionlardakı azalmanı üstələməsi ilə izah edən təşkilat rəhbəri əlavə edib:

“Hazırkı rəqəmlər COVID-19 pandemiyasının başa çatmasını söyləməyin hələ çox tez olduğunu göstərir”.

Xəbər lenti