Xəzər Xəbər

Avropa İttifaqı sammitinin gündəliyi açıqlandı

Dünya | 18:04 • 8 May 2021
Avropa İttifaqı sammitinin gündəliyi açıqlandı

"Avropa İttifaqına üzv dövlətlərin başçılarının zirvə toplantısında Rusiya ilə münasibəti və “breksit” (Britaniyanın Avropa İttifaqından çıxması) ətrafında vəziyyəti müzakirə etməyi planlaşdırırıq".

“Reuters” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

“Gündəlikdəki əsas məsələlərlə yanaşı, biz bu gün mayın 25-də keçiriləcək sammitdə qayıdacağımız başqa mövzulardan da danışdıq. Bu, xüsusən Rusiya və “breksit”dir”, - o qeyd edib.

Fransa liderinin sözlərinə görə, Aİ-nin liderlər Avropanın koronavirus pandemiyasına qarşı mübarizə strategiyasına hazırlıq başa çatmaq mərhələsindədir.

Xatırladaq ki, aprelin sonunda Avropa İttifaqı Şurasının sədri Şarl Mişel mayın 25-də üzv dövlətlərin liderlərinin sammitinin keçiriləcəyini bildirmişdi./report

Xəbər lenti