Xəzər Xəbər

Koronavirusla bağlı sınaq uğurla yekunlaşdı - Bütün ictimai tədbirlərə icazə verilə bilər

Dünya | 19:20 • 28 Aprel 2021
Koronavirusla bağlı sınaq uğurla yekunlaşdı - Bütün ictimai tədbirlərə icazə verilə bilər

Barselonada keçirilən 5 min nəfərlik konsert sınağının nəticələri açıqlanıb.
 
27 martda təşkil edilən konsertdə heç kim koronavirusa yoluxmayıb. Qeyd edilib ki, məkanda sosial məsafə belə qorunmayıb. Lakin zalda xüsusi havalandırma sistemindən istifadə olunub, maskalar taxılıb. Eyni zamanda iştirakçılar əvvəlcədən COVİD-19 testi veriblər. Araşdırmaya əsasən, 15 gün sonra 6 nəfərdə koronavirus aşkar edilsə də, onların konsertdə yoluxmadığı bəlli olub.

Mütəxəssis-həkim Cozef Maria Librenin sözlərinə görə, bu konsertlə önəmli bir sınaq yekunlaşıb və qaydalara əməl edildiyi halda, bu cür tədbirlərin keçirilməsinin təhlükəsizliyi sübut edilib.

Qeyd edək ki, Hollandiya, Almaniya, Rusiya və Yeni Zelandiya kimi ölkələrdə də COVİD-19-un yayılma təsirini ölçmək üçün oxşar tədbirlər təşkil edilib./Sfera.az

Xəbər lenti

Çox oxunanlar