Xəzər Xəbər

“Hind” ştammının yaydığı DƏHŞƏTLİ TƏHLÜKƏ

Dünya | 22:43 • 28 Aprel 2021
“Hind” ştammının yaydığı DƏHŞƏTLİ TƏHLÜKƏ

Koronavirus infeksiyasının “hind” variantının mutasiyaları yüksək yoluxuculuq qabiliyyəti və antikorlara qarşı müqavimət göstərməsi ilə seçilir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər yayıb. Beləliklə, virusun bu dəyişməsi həm sağalanlar, həm də koronavirus əleyhinə peyvənd olunanlar üçün təhlükəli ola bilər.

ÜST-nin açıqlamasına görə, Hindistanda virusun mutasiyasına tam olaraq nəyin təsir etdiyi məlum deyil. Faktorlardan biri kimi virusun yayılmasını artıran kütləvi tədbirlərin keçirilməsi və ölkədə karantin tədbirlərinin yumşaldılması ola bilər.

Qeyd edək ki, Hindistan koronavirus yoluxmasının artmasına görə dünyada birinci yerdədir, yalnız 26 aprel tarixində gündəlik 350 min yeni yoluxma faktı qeydə alınıb. Demək olar ki, hər gün yeni rekord göstəricilər müşahidə olunur./publika.az

Xəbər lenti