Xəzər Xəbər

Bu yaş aralığında olub peyvənd vurduranlara 100 dollar veriləcək

Dünya | 18:52 • 28 Aprel 2021
Bu yaş aralığında olub peyvənd vurduranlara 100 dollar veriləcək

ABŞ-ın Qərbi Virciniya ştatında COVİD-19 əleyhinə vaksinlə bağlı inanılmaz addım atılıb.
 
Yeni qərara əsasən, 16-35  yaş aralığında peyvənd vurduran şəxslərə 100 dollar veriləcək.

Bununla bağlı Qərbi Virciniya ştatının qubernatoru Cim Castis qeyd edib ki, əhalinin 40 faizi vaksin vurdurmaqdan çəkinir: 

"1,5 milyon vətəndaşın təxminən 52 faizi peyvəndin birinci dozasını vurdursa da, qalanları tərəddüd edirlər. Onları motivasiya edə biləcək yol axtarırıq”.

Məlumata görə, 100 dollarlıq ödənişlər ABŞ prezidenti Co Baydenin yeni təsdiqlədiyi 1.9 trilyon dollarlıq yardım paketindən ödəniləcək./Sfera.az

Xəbər lenti

Çox oxunanlar