Xəzər Xəbər

Lavrovdan dollardan imtina ilə bağlı çağırış

Dünya | 16:13 • 22 Mart 2021
Lavrovdan dollardan imtina ilə bağlı çağırış

Rusiya və Çin alternativ valyutaya üstünlük verməli və dollardan istifadəni azaltmalıdır.

XəzərXəbər Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Çin mətbuatına açıqlamasında deyib.

O bildirib ki, bu yolla ABŞ-ın sanksiya risklərini azaltmaq lazımdır:

“Biz texnoloji mənada müstəqilliyimizi artıraraq, dollara alternativ milli və beynəlxalq valyutalarla ticarət etməklə sanksiya risklərini azaltmalıyıq. Biz Qərbin nəzarətində olan beynəlxalq ödəniş sistemlərinin istifadəsindən uzaqlaşmalıyıq”.

Xəbər lenti