Xəzər Xəbər

Rusiyada ilk dəfə: İnsan quş qripinə yoluxdu

Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı aşkar edilib.
Dünya | 19:56 • 20 Fevral 2021
Rusiyada ilk dəfə: İnsan quş qripinə yoluxdu
XəzərXəbər xəbər verir ki, bu barədə Rusiya Federal İstehlakçıları Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin ("Rospotrebnadzor”) rəhbəri Anna Popova məlumat verib.
 
Onun sözlərinə görə, Rusiya quşçuluq fabriklərindən birinin yeddi əməkdaşında yeni növ A(H5H8) quş qripi aşkarlanıb. Bu, quş qripinin yeni A(H5H8) növünün ilk dəfə quşlardan insana keçməsi faktıdır. Həmin fabrikdə ötən ilin dekabrında quşların kütləvi şəkildə xəstəliyə yoluxması qeydə alınmışdı.
 
A.Popova deyib ki, görülən tədbirlər nəticəsində qripin daha geniş yayılmasının qarşısı alınıb və həmin xəstələr hazırda özlərini yaxşı hiss edirlər. Quş qripinin insandan insana keçməsi halı hələlik qeyd olunmayıb.
 
Xidmətin rəhbəri bildirib ki, Rusiya alimləri quş qripinin yeni A(H5H8) növünün dəyişikliyə uğrayaraq, ilk dəfə quşdan insana keçməsi barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatına göndəriblər.

Xəbər lenti