Xəzər Xəbər

Türkiyədə 18 nəfər saxta içki zəhərlənməsindən ölüb

Dünya | 12:53 • 12 Oktyabr 2020
Türkiyədə 18 nəfər saxta içki zəhərlənməsindən ölüb

Son üç gün ərzində Türkiyənin İzmir vilayətində 11, Kırıkkalede isə 7 nəfər saxta içki zəhərlənməsi səbəbindən həyatını itirib.


Bu səbəbdən daha bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Onlardan dördünün müalicəsi davam edir.


Faktla bağlı başladılan araşdırma çərçivəsində İzmirin Konak rayonunda altı, Buca rayonunda bir, Kırıkkale vilayətində isə 5 tona yaxın saxta içki aşkarlanıb.


Araşdırmalar davam edir.

Xəbər lenti