Xəzər Xəbər

Donald Tramp COVID-19 əleyhinə vaksinin xaricə gondərilməsini istisna etmir

Dünya | 14:57 • 29 İyul 2020
Donald Tramp COVID-19 əleyhinə vaksinin xaricə gondərilməsini istisna etmir

ABŞ çox güman ki, COVID-19 virusuna qarşı iri vaksin partiyasının təkcə öz ərazisinə deyil, həm də xaricə çatdırılmasını təşkil edə biləcək.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə təşkil olunan mətbuat konfransında deyib.


"Çox güman ki, digər ölkələrə də iri vaksin partiyaları çatdıra biləcəyik. Ağ ciyərlərin süni havalandırma aparatlarını göndərdiyimiz kimi”, - deyə Donald Tramp bildirib.


Onun sözlərinə görə, lazımi icazələr alınan kimi ABŞ 100 milyon, daha sonra isə 500 milyon vaksin dozasının istehsalına başlayacaq. "Bu, çox tezliklə baş verə bilər”, - ABŞ Prezidenti belə deyib.

Xəbər lenti